Bakı, 16 iyul, AZƏRTAC
2023-cü ildə 400, 2024-cü ildə 339 nəqliyyat vasitəsində yanğın baş verib. Bu il iyulun 15-dək isə 240 belə hal qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə bildirib.
O deyib ki, 2023-cü ildə yol-nəqliyyat hadisələri zamanı baş verən yanğınlarda 10 nəfər həyatını itirib. 2024-cü ildə isə bu göstərici 1-ə enib. “Müvafiq rəqəmlər hər il azalır. Bunun əsas səbəbi maarifləndirmə ilə bağlıdır", - deyə Ə. Əlizadə vurğulayıb.