AZ

PFL və AFFA idman jurnalistləri arasında intellektual yarış keçirdi

Peşəkar Futbol Liqası (PFL), AFFA və “Misli”nin təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Viral.az PFL-ə istinadən xəbər verir ki, turnirdə iştirak edən bütün media nümayəndələrinə AFFA və PFL tərəfindən xatirə hədiyyələri təqdim edilib.

80-ə yaxın media nümayəndəsinin qatıldığı turnir maraqlı və yaddaqalan alınıb. Yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Eyni zamanda, PFL və AFFA-nın əməkdaşları turnirdə müsabiqədənkənar iştirak ediblər. Yekunda “Karvan” komandası qalib, “Qəbələ” ikinci, “Şamaxı” üçüncü olub.

Son Yazılar:

Tədbirin sonunda “Karvan” komandasına pul mükafatı və medallar təqdim edilib. İkinci və üçüncü yerin sahiblərinə pul mükafatı, yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda PFL və AFFA-ya aid suallara hamıdan çox cavab verən “Zirə” və “Neftçi” komandalarının üzvlərinə xatirə mükafatları verilib.

Seçilən
66
13
viral.az

10Mənbələr