Vaxtilə "Mançester Yunyated"də Ser Aleks Ferqyussonun köməkçisi işləmiş, daha sonra "Real Madrid"i çalışdıran Karluş Keyroş özünə yeni iş yeri tapıb.
Offsideplus.az xəbər verir ki, 72 yaşlı portuqaliyalı Oman milli komandasının baş məşqçisi təyin olunub.
Onun qarşısına 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq vəzifəsi qoyulub.
Omanlıların dünya çempionatına yollanmaq üçün Asiya üzrə seçmə mərhələnin 4-cü raundunda şansları qalıb.
Qeyd edək ki, Karluş Keyroş daha çox yığmalardakı fəaliyyəti ilə tanınır. O, müxtəlif vaxtlarda Portuqaliya, BƏƏ, CAR, Səudiyyə Ərəbistanı, İran, Kolumbiya, Misir və Qətər yığmalarını çalışdırıb.