“İstedadlı Əlillər” İctimai Birliyinin təşəbbüsü ilə 15 iyul 2025-ci il tarixində Binəqədi rayonunda xüsusi tədbir təşkil olunub.
QHT.az xəbər verir ki, Birliyin sədri Qubad Qasımovun verdiyi məlumata görə, sərgi və konsert proqramı Binəqədi Rayon İcra Hakimiyyətinin yerləşdiyi Heydər Əliyev adına parkda baş tutub.
Tədbir çərçivəsində istedadlı əlillərin əl işlərindən ibarət sərgi nümayiş olunacaq və onların iştirakı ilə rəngarəng konsert proqramı təqdim edilib. Bu təşəbbüs istedadlı, lakin fiziki məhdudiyyətləri olan şəxslərin cəmiyyətə inteqrasiyası və yaradıcılıq potensialının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.