Bu mövzular hər ay "DİM"in saytında dərc ediləcək
İctimai müzakirələrin mövzuları hər ay Dimin saytında dərc ediləcək.Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hələlik iyul və avqust aylarında ictimai müzakirələr nəzərdə tutulmayıb."Çünki kütləvi imtahanlar artıq başa çatsa da, nəticələrin elan olunması, apellyasiya proseslərinin təşkili və digər gündəlik işlərimiz davam edir. Sentyabrda bu barədə ictimaiyyətə məlumat veriləcək", - deyə o əlavə edib.Sevinc İbrahimzadə