“Peşəkar mühasib” imtahanının elektron sınaq versiyası ictimaiyyətə təqdim edilib
“Peşəkar mühasib” imtahanının elektron sınaq versiyası ictimaiyyətə təqdim edilib. Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq birinci və ikinci mərhələnin sınaq imtahanları keçirilib və sentyabrdan etibarən bu imtahanlar tam şəkildə elektron formatda keçiriləcək:"İmtahan iki mərhələdən ibarətdir. Birinci mərhələ artıq sınaqdan keçirilib və nəticələri müzakirə olunub. Növbəti mərhələdə 1500-2000 arasında namizədin iştirakı gözlənilir"Sevinc İbrahimzadə