AZ

İsrailin Qəzzaya hava zərbələri nəticəsində 61 fələstinli həlak olub

Şati qaçqın düşərgəsinə və Rəfahdakı humanitar yardım məntəqəsinə endirilən zərbələr nəticəsində onlarla insan yaralanıb…

Qəzzada İsrail Ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində azı 61 fələstinli həyatını itirib.

Poliqon xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Telekanalın bildirdiyinə görə, yalnız Qəzzanın şimalında yerləşən Şati qaçqın düşərgəsinə endirilən hava zərbəsi nəticəsində 23 nəfər ölüb, onlarla insan isə yaralanıb. Digər bir insident isə Qəzzanın cənubundakı Rəfah şəhərində baş verib. Burada İsrail ordusunun hava hücumu nəticəsində 2 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Zərbə bölgədə fəaliyyət göstərən və İsrail ilə ABŞ tərəfindən maliyyələşdirilən Qəzza Humanitar Yardım Fondu (GHF) tərəfindən idarə olunan yardım paylama məntəqəsinə endirilib.

Hazırda bölgədəki humanitar vəziyyət daha da ağırlaşır. Yerli xəstəxanalar və yardım təşkilatları ehtiyacların artmasından və resurs çatışmazlığından şikayətlənirlər. Tibb mənbələrinin bildirdiyinə görə, ölənlərin arasında qadınlar və uşaqlar da var. Beynəlxalq humanitar təşkilatlar mülki əhalinin müdafiə olunması və atəşkəsin təmin olunması üçün təcili addımlar atılmasına çağırırlar.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr