“Baku Sporting” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisi “Qəbələ”dən Xəyyam Məmmədlini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
20 yaşlı yarımmüdafiəçi son olaraq “Difai”də icarədə olub.