AZ

“Karvan” Azər Həşimova tapşırıldı - Rəsmi

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan”ın baş məşqçisi müəyyənləşib.

Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, komanda Azər Həşimova həvala edilib. Komandanın baş məşqçisinə Zaur Hacıyev kömək edəcək. Qapıçılar üzrə məşqçi isə Hüseyn Məhəmmədov olacaq.

Xatırladaq ki, əyalət təmsilçisi ötən mövsüm Birinci Liqada Kənan Kərimovun rəhbərliyi altında mübarizə aparıb. Onun çalışdırdığı kollektiv mövsümün sonunda 47 xalla üçüncü yeri tutaraq elitaya vəsiqə qazanıb.

Seçilən
30
arena.az

1Mənbələr