Ermənistanda daha bir nazir işdən qovulub. Prezident Vaqan Xaçaturyanın fərmanı ilə Akob Simidyan ətraf mühit naziri vəzifəsindən azad edilib. Ermənistan mətbuatının yazdığına görə, onun yerinə Ambartsum Matevosyan təyin edilib. Qeyd olunub ki, bu təkliflə Baş nazir Nikol Paşinyan çıxış edib.
Mətləb Salahov