İslandiyanın Reykjanes yarımadasında yenidən vulkan püskürməyə başlayıb...
Poliqon xəbər verir ki, bu barədə RUV teleradio şirkəti məlumat yayıb.
Qeyd olunur ki, Qrindavik şəhərində sakinlər təxliyə edilir.
İslandiya Meteorologiya İdarəsinin fəlakətlər üzrə eksperti Minni Siqurdardottir hesab edir ki, püskürmə infrastruktur üçün təhlükə yaratmır və Qrindavik şəhərindən uzaqda yerləşir. Onun sözlərinə görə, yalnız lava axınının Stora Skogfell ərazisindəki yola zərər vura bilməsi ehtimalı var, ancaq uzun müddət davam edən püskürmə zamanı.
Püskürmə səhər saat 3:59-da (Bakı vaxtı ilə 7:59) başlayıb. Yerli hakimiyyət mülki müdafiə qüvvələrini həyəcan vəziyyətinə salıb.
Poliqon.info