AZ

Burhanettin Duran: FETÖ-nün təsiri tamamilə aradan qalxana qədər mübarizə davam edəcək

Ankara, 16 iyul. TELEQRAF

"Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qazandığımız 9-cu ildönümü qeyd edirik".

Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində “15 İyul: Yaddaş, Ədalət və Gələcək” panelində çıxışı zamanı deyib.

"15 İyul Türkiyə tarixinə yazılan parlaq və demokratik bir istiqlal zirvəsidir. Bu gün xalqımız bir daha göstərdi ki, ayaqlarına zəncir vurulmasına icazə verməyəcək. Bu, bənzərsiz bir ictimai səfərbərlik idi. Dünya demokratiya tarixində misli görünməyən bir hadisədir. Milli iradəyə əsaslanan yeni bir düşüncə tərzi məhz həmin gecə formalaşdı. Üzərindən 9 il keçməsinə baxmayaraq, o gecə yaşananlar hələ də hər kəsin yaddaşındadır. Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə milyonlarla insan küçələrə axışdı və FETÖ-nün qurduğu xain planı darmadağın etdi. Mən də həmin gecə həyat yoldaşımla birlikdə şəhidlər körpüsünə tərəf hərəkət etdim. Bizə dedilər ki, “o tərəfə getməyin, öldürərlər!” Amma yüz minlərlə insan qorxmadan o istiqamətə yürüdü. Mən bu şanlı mübarizənin canlı şahidi olduğum üçün Allaha şükür edirəm. 253 şəhidimizə Allahdan rəhmət, qazilərimizə isə uzun və bərəkətli ömür diləyirəm. FETÖ şəbəkəsi ölkəni zəif və səfil bir hala salmaq istəyirdi. Onun təsiri tamamilə aradan qalxana qədər mübarizə davam edəcək. Milli təhlükəsizlik və bütün sahələrdə böyük islahatlar həyata keçirildi. Terrorsuz Türkiyənin hədəfi təhlükəsiz və bütöv bir cəmiyyət ideyasının əsasıdır. Terror uzun illərdir enerjimizi tükədən bir bəladır. Rəcəb Tayyib Ərdoğanın “qızıl hədəfi” -Böyük Türkiyəni qurmaq yolunda bütün maneələr aradan qaldırılır" - deyə B. Duran qeyd edib.

Seçilən
15
teleqraf.com

1Mənbələr