Goranboyda kütləvi dava-dalaş olub.
Referans qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Veyisli kəndində qeydə alınıb.
Kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma başlanılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta