AZ

Nüvə sazişi üçün İRANA VAXT VERİLDİ - Bu mexanizm işə salınacaq

  ABŞ dövlət katibi Marko Rubio və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığında İranın nüvə sazişi üzrə razılaşmanın əldə olunması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər.

Referans  xəbər verir ki, "Axios" mənbələrə istinadəla məlumat yayıb.

Nəşr qeyd edib ki, bu son tarixə qədər razılaşma əldə olunmasa, üç Avropa dövləti 2015-ci il İran razılaşmasına əsasən qaldırılan BMT Təhlükəsizlik Şurasının sanksiyalarına qarşı “ani geri dönüş” mexanizmini işə salmağı planlaşdırır.

Mənbələrin məlumatına görə, avropalılar yaxın vaxtlarda İranla danışıqlara başlamaq niyyətindədirlər və Tehranı sanksiyalardan yayına biləcəyinə inandırmağa çalışırlar. Amma bunun üçün İslam Respublikası nüvə proqramının sülhməramlı olduğunu sübut edən addımlar atmalıdır.

Xüsusilə, bu, İsrail və Amerikanın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İranın dayandırdığı MAQATE tərəfindən monitorinqin bərpasına, eləcə də Tehranın ixtiyarında olan təxminən 400 kq 60%-ə qədər zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına aiddir.

"Axios" aydınlaşdırıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İslam Respublikası ilə nüvə sazişi üzrə danışıqları bərpa etməyə çalışır. Eyni zamanda, Ağ Ev rəhbəri İranın hələ də danışıqlar masasına qayıtmamasından məyusdur.

İyulun 13-də “The Washington Post” mənbəyə istinadən yazıb ki, Ağ Ev hesab edir ki, Tehran hətta ABŞ və İsrailin “hazırkı danışıqlara son qoyan” zərbələrindən sonra da nüvə proqramı ilə bağlı razılaşmaya açıqdır .

Bundan əvvəl “Axios” nəşri yazıb ki, Rusiya Prezidenti Vladimir Putin İranı uranın zənginləşdirilməsindən əl çəkməyə və Vaşinqtonla nüvə sazişi bağlamağa çağırıb.//publika.az


phrase_var_article.chosen
37
50
referans.az

10phrase_var_article.sources