73 yaşlı qocaman italyan mütəxəssis Klaudio Ranyeri İtaliya yığmasını çalışdırmaqdan imtina etməsinin səbəbini açıqlayıb.
Arena.az “Football Italia” dərgisinə istinadən, təcrübəli məşqçinin müvafiq açıqlamasını təqdim edir:
“Mən düşünürəm ki, hər bir adama öz ölkəsinin milli yığma komandasına “yox” demək ağır gələr, amma mən iki işdə işləyə bilmirəm. Mənim “Roma” ilə müqaviləm vardı və təəssüf ki, mən İtaliya Futbol Federasiyanın (FIGC) təklifini qəbul edə bilmədim.
Bu məqama qərarlar qəbul etməkdə müstəqil olan və heyətə istədiyi oyunçunu qoya biləcək kəs gərəkdir. Mənimlə orada həddindən artıq fəsad yaşanardı. Bəs əgər futbolçu 90 dəqiqə oynasa, növbəti istirahət günlərində isə “Roma”da oynamağı lazım gəlsə necə… Bu, ağ olardı…”, deyə qocaman mütəxəssis vurğulayıb.
Xatırladaq ki, cari mövsümün başa çatması ilə Ranyeri məşqçilik karyerasına xitam verərək, təqaüdə yollanıb.
İtaliya yığmasının sükanı arxasına isə 47 yaşlı italyan mütəxəssis Cennaro Qattuzo təyinat alıb.