AZ

“Mançester Siti” texniki sponsoru ilə müqaviləsini yenilədi

“Mançester Siti” rəhbərliyi klubun texniki sponsoru, alman şirkəti “Puma” ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

“Şəhərlilər”lə “Puma” arasındakı müqavilənin 1 milyard funt-sterlinq dəyərində olduğu bildirilir. Tərəflər daha 10 il müddətində əməkdaşlıq edəcəklər.

Xatırladaq ki, “Mançester Siti” “Puma”nın xidmətindən 2019/2020-ci illər mövsümündən istifadə edir. Buna qədər – 2013-2019-cu illərdə “şəhərlilər”in təchizatını digər nəhəng – amerikan çoxmilli şirkəti “Nike” təmin edirdi.

Alman şirkəti “Puma” idman geyimlərinin, ayaqqabılarının və ləvazimatlarının istehsalı üzrə ixtisaslaşıb və müvafiq miqyasda dünyada üçüncüdür. “Puma” çoxmilli şirkət olaraq fəaliyyət göstərir.

Seçilən
19
arena.az

1Mənbələr