AZ

MMA döyüşçüsü evinin qarşısında ATƏŞƏ TUTULDU

Mahaçqalada atışma olub.

Publika.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, MMA döyüşçüsü Timur Xizriyevə hücum edilib.

Qeyd edilib ki, Bakı vaxtı ilə saat 00:30 radələrində iki maskalı şəxs Daniyalov küçəsindəki yaşayış binasının həyətində atəş açıb.

İlkin ehtimallara görə, onların hücumunun hədəfi, həmin an avtomobilindən düşən Xızrıyev olub.

“Naməlum şəxslər onun pusqusunda dayanıb, bundan sonra onlar travmatik silahdan 10-a yaxın atəş açıb və yoxa çıxıblar”, - məlumatda deyilir.

Seçilən
28
publika.az

1Mənbələr