AZ

KİV: İranla bağlı sazişin əldə olunması üçün son müddət avqustun sonudur

BAKI. 16 iyul. TELEQRAF

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sövdələşməsinin əldə olunması üçün son müddət kimi avqustun sonunu müəyyən ediblər, əks halda Tehran “sərt sanksiyalarla üzləşəcək”.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı üç mənbəyə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubionun Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə keçirdiyi telefon danışığı zamanı avqustun sonu İranla nüvə razılaşmasına nail olmaq üçün son tarix kimi müəyyən edilib. Mənbələrin bildirdiyinə görə, əks halda üç Avropa ölkəsi 2015-ci il razılaşmaları əsasında ləğv edilmiş BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa edəcək mexanizmi işə salmağı planlaşdırır.

Seçilən
12
2
teleqraf.com

7Mənbələr