Bakı. Trend:
2026-cı il İtaliyada keçiriləcək XXV Qış Olimpiya və ParalimpiyaOyunlarının medalları təqdimatı olub.
Trend-inməlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumatyayıb.
Məlumata əsasən, Milan və Kortina-d'Ampezzo şəhərlərinin evsahibliyi edəcəyi yarışın medalları Venesiyada keçirilən rəsmimərasimdə nümayiş olunub. İtaliyanın “Istituto Poligrafico e Zeccadello Stato” (IPZS) tərəfindən hazırlanan medallar iki hissədənibarətdir: biri təşkilatçılar, könüllülər və texniki heyətə həsrolunub, digəri isə Milan və Kortinanı simvolizə edir.
Qeyd edək ki, yarışlar 2026-cı il fevralın 6-dan 22-dəkkeçiriləcək və 116 dəst medal təqdim olunacaq.