BAKI. 16 iyul. TELEQRAF
Ukraynaya “Tomahawk” qanadlı raketlərinin göndərilməsi Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bunu rusiyalı aviasiya general-mayoru Vladimir Popov söyləyib.
O, “Tomahawk”ların nüvə döyüş başlıqları daşıya bilən uzaqmənzilli raketlər olduğunu nəzərə çatdırıb.
"Bu, Üçüncü Dünya müharibəsinin prelyudiyası deyil, onun başlanğıcı olacaq. Biz eyni şəkildə cavab verəcəyik. Düşünürəm ki, Tramp administrasiyası buna getməyəcək. Bu, mifik təhdidlərdir", - Popov bildirib.