AZ

Zamiq Əliyev Çempionlar Liqası ilə vidalaşıb

"Eqnatiya"nin formasını geyinən Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev Çempionlar Liqası ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi Albaniya çempionu turnirin I mərhələsində iki oyunun nəticəsinə görə "Breydablik"ə uduzub.

Bir həftə öz meydanında 1:0 hesabı ilə qalib gələn "Eqnatiya" İslandiyada ağır zərbə alıb. Zamiqin komandası 0:5 hesabı ilə məğlub olub. Start heyətində yer alan Əliyev buraxılan 4 qoldan sonra 43-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Albaniya çempionu Konfrans Liqasının II mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
10
2
idman.biz

3Mənbələr