BAKI. 16 iyul. TELEQRAF
Vaşinqton Pekinlə “çox dostcasına” mübarizə aparacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Pittsburqda çıxışı zamanı bildirib.
Bundan əlavə, Ağ Ev rəhbəri İndoneziya ilə imzalanan yeni ticarət sazişini yüksək qiymətləndirib.
Tramp həmçinin digər ölkələr, o cümlədən Hindistan ilə ticarət sazişləri bağlaya biləcəklərini sözlərinə əlavə edib.