Avropa İttifaqı Rusiya ilə bağlı “sabitliyə xələl gətirən fəaliyyətlərə” görə daha doqquz nəfəri və altı qurumu sanksiya siyahısına daxil edib.
AFN.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi saytında dərc olunub.
Yeni məhdudiyyətlərə Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsi, BRİKS Jurnalistləri Assosiasiyası, Geosiyasi Ekspertiza Mərkəzi və Rusiya Hərbi Dəniz Donanmasının Baltik bölgəsində yerləşən 841-ci Elektron Müharibə Mərkəzi daxildir.
Siyahıya, həmçinin bir sıra rus hərbçiləri, Avstraliya və Rusiya vətəndaşlığına malik bloger, eləcə də iki Moldova vətəndaşı əlavə olunub.