AZ

ABŞ səfiri İsraildən amerikalının öldürülməsi faktını araşdırmağı tələb etdi

BAKI. 16 iyul. TELEQRAF

İordan çayının Qərb sahilində ABŞ vətəndaşının döyülərək öldürülməsi araşdırılmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi “X” sosial şəbəkəsində yazıb.

“İsraildən ailəsini ziyarət etmək üçün Sincilə gəlmiş ABŞ vətəndaşı Saif Mussalletin döyülərək öldürülməsini ciddi şəkildə araşdırmağı tələb etdim. Bu cinayət və terror əməlinə görə məsuliyyət olmalıdır. Saifin cəmi 20 yaşı var idi", - paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ vətəndaşı Saif Musallet iyulun 11-də hücuma məruz qalıb. Ailəsi bildirib ki, hücum edən şəxslər üç saat ərzində onu mühasirədə saxlayıb və kömək etməyə çalışan tibb işçilərinə hücum ediblər. Saif Musalletin İordan çayının Qərb sahilində məskunlaşmış israillilərin hücumuna məruz qaldığı iddia edilir.

Seçilən
14
teleqraf.com

1Mənbələr