AZ

Fransanın Baş naziri iki bayramın ləğvini təklif etdi

BAKI. 16 iyul. TELEQRAF

Fransanın Baş naziri Fransua Bayru gələn ilin büdcəsində pula qənaət etmək üçün ölkənin illik təqvimindən iki rəsmi bayramın çıxarılmasını təklif edib.

Teleqraf xəbər verir ki, söhbət Pasxa bazar ertəsi və 8 May - Müttəfiqlərin nasistlər üzərində Qələbə Günündən gedir.

O, iddia edir ki, iki bayram gününün ləğvi iqtisadi fəaliyyətdən vergi daxilolmalarını artıracaq ki, bu da ümumilikdə təxminən 44 milyard avroya qənaət etməyə imkan verəcək.

Prezident Emmanuel Makron Bayruya Fransanın böyük borcunu və büdcə kəsirini azaltmaq üçün xərcləri azaltmaqla yanaşı, Rusiyadan və başqa yerlərdən artan təhdidlərə qarşı durmaq üçün müdafiə xərclərini milyardlarla dollar artıracaq büdcə layihəsi hazırlamağı tapşırıb.

Qeyd edək ki, hazırda Fransada ilk ərzində 11 rəsmi bayram qeyd edilir.

Seçilən
32
teleqraf.com

1Mənbələr