AZ

İndi də Şahin Şıxlinskinin oğlu saxlanıldı

İndi də Şahin Şıxlinskinin oğlu saxlanıldı

Uraldakı Azərbaycan diasporu rəhbərinin oğlu saxlanılıb.

AFN.az Report-a istinadən xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.

"E1.ru" portalının yaydığı məlumata əsasən, iyulun 1-də atası saxlanılarkən Mutvalı Şıxlinski “Gelandewagen” markalı avtomobillə hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirib. Hazırda ona qarşı hansı maddə üzrə ittiham irəli sürüldüyü açıqlanmayıb.

Bildirilir ki, M.Şıxlinski hazırda İstintaq Komitəsində dindirilir.

Seçilən
31
afn.az

1Mənbələr