AZ

Uraldakı Azərbaycan diasporu rəhbərinin oğlu saxlanıldı -YENİLƏNİB

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin saxlanılması ilə bağlı bəzi detallar məlum olub.

Redaktor.az xəbər verir ki, Mutvalı Şıxlinski barəsində axtarış elan olunacağı bildirilib.

Məlumata görə, o, hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi əsasında iki sutka müddətinə saxlanılıb.

Saxlanma müddəti başa çatdıqdan sonra məsələ ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

***

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "E1.ru" məlumat yayıb.

İddialara görə, Mutvali iyulun 1-də atası saxlanlarkən avtomobillə xüsusi təyinatlılardan birini vurub.

Hazırda o, İstintaq Komitəsində dindirilir.

Seçilən
34
redaktor.az

1Mənbələr