AZ

Tramp klublararası dünya çempionatının qızıl medalını cibinə qoydu

ABŞ Prezidenti Donald Tramp futbol üzrə klublararası dünya çempionatının qızıl medalını özündə saxlayıb.

Bu barədə "The Independent" nəşri məlumat yayıb.

Məlumata görə, Tramp qızıl medalı sadəcə cibinə qoyub və bunu FIFA prezidenti Canni İnfantinonun icazəsi ilə edib.

FIFA-nın qərarına əsasən, çempionatın orijinal kuboku da Ağ Evdə saxlanılacaq. Bu səbəbdən turnirin qalibi olan İngiltərənin "Çelsi" klubu yalnız kubokun surətini alıb.

Qeyd edək ki, final qarşılaşmasında "Çelsi" Fransa təmsilçisi PSJ-ni 3:0 hesabı ilə məğlub edib.

"Cebheinfo.az" 

Seçilən
105
49
cebheinfo.az

10Mənbələr