“Lester Siti” klubunun yeni baş məşqçisi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə təmsilçisini bundan sonra ispan mütəxəssis Marti Sifuentes çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
43 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalanıb. Sifuentesin son iş yeri İngiltərənin Çempionşip təmsilçisi “KPR” olub. O, London klubunu son iki mövsümdə çalışdırıb. İspan mütəxəssis daha əvvəl İsveçin “Hammarby”, Norveçin “Sanderfyord” və digər klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.
Xatırladaq ki, “Lester” ötən mövsüm Premyer Liqanı 18-ci pillədə başa vuraraq elitadan aşağı liqaya yuvarlanmışdı. Komandaya mövsümün sonuna qədər niderlandlı sabiq hücumçu Ruud van Nistelroy rəhbərlik etmişdi. Mövsümün ardından klubun simvolik fiqurlarından olan hücumçu Ceymi Vardi də “Lester”lə yollarını ayırmışdı.