AZ

Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə başlanırVİDEO

İlin sonunadək Ağdama 1268 ailənin köçürülməsi planlaşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, bu ay ərzində Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə start veriləcək.

2026-cı ilin sonuna qədər isə Ağdamın Baş Qərvənd və Eyvazxanbəyli kəndlərinə əhalinin köçü təmin ediləcək.

Xocavənd rayonunda da kəndlərin  bərpası üzrə işlər davam edir.

Qeyd olunub ki, Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya sistemlərinin çəkilməsi prosesi gedir. 

Emin Hüseynov bildirib ki, ilin sonuna qədər Füzulidə isə yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
39
xezerxeber.az

1Mənbələr