
İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Federiko Valverde ötən mövsüm meydanda ən çox vaxt keşirdiyinə görə, dünya rekorduna imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, Valverde “Real Madrid” və Uruqvay millisində 72 matçda meydana çıxıb və 6116 dəqiqə meydanda olub.
İlk üçlüyə həmçinin 66 oyun və 5796 dəqiqə ilə “Mançester Yunayted” klubunun və Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes və 63 oyun və 5624 dəqiqə ilə “Milan” klubunun və Fransa millisinin qapıçısı Mayk Menyan daxil olub.