Yeni inşa edilən coxmərtəbəli binalarda mərkəzi istilik sistemi təqbiq olunacaq.
Xezerxeber.az-ın məlumatına görə, "İstilik təchizatı haqqında" yeni qanuna əsasən çoxmənzilli binalarda fərdi kombi sistemlərinin quraşdırılması yalnız icazə əsasında mümkün olacaq.
Əsas məqsəd daha təhlükəsiz və qənaətli istilik infrastrukturunun qurulmasıdır.
Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov deyib ki, "İstilik təchizatı haqqında" yeni qanunda əsas məqsəd mərkəzi istilik sistemlərinin inkişafına nail olmaqdır: “Nəzərə alınmalıdır ki, fərdi istilik sistemlərində müəyyən qədər təhlükələr var. Bu, təbii qazdan yaranan partlayış, zəhərlənmə hallardır. Xərclərə gəldikdə isə, təbii ki, hər bir istehlakçı istifadə etdiyi qaza görə ödəyir. Amma bütün hallarda, fərdi sistemlərlə müqaisədə mərkəzi istilik sistemi daha qənaətcildir''.
İllərdir paytaxtda və böyük şəhərlərdə kombi sistemlərinə geniş keçid olsa da, bu proses heç də nəzarətli və planlı getməyib. Bir binada 20 mənzil kombidən istifadə edir, digərləri mərkəzləşdirilmiş sistemlə işləyir. Nəticədə təzyiqdə fərqlər təchizatda qeyri-bərabərlik yaranır. Yeni qanun bu xaosu aradan qaldırmağı hədəfləyir.
İqtisadi baxımdan da bu keçid sərfəli hal hesab edilir. Çünki fərdi kombi sistemlərində qaz istehlakı yüksəkdir, xərclər və tariflər dəyişkəndir. Mərkəzləşdirilmiş istilik sistemi isə itkiləri azaldır, tariflərin sabit tənzimlənməsinə şərait yaradır.
Qiymətlər isə MTK-lar tərəfindən müəyyən ediləcək.
Ekspertlər hesab edir ki, bu sistem gələcəkdə digər binalara da şamil edilə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.