AZ

Benzinlə işləyən avtomobillər TARİXƏ ÇEVRİLİR

Dünyada elektrikli avtomobillərə maraq sürətlə artır. 2025-ci ilin ilk yarısında elektrikli nəqliyyat vasitələrinin satışları 28% artaraq 9,1 milyon ədədə çatıb. Bu artım xüsusilə Çin və Avropada özünü göstərib.

News24.az xəbər verir ki, Çində satılan avtomobillərin yarısı artıq elektriklidir. İlin ilk 6 ayında bu ölkədə 5,5 milyon elektrikli avtomobil satılıb. Avropada da artım 26% təşkil edib. Almaniya və İngiltərədə satışlar yüksəlsə də, Fransada subsidiyaların azaldılması səbəbilə 13% azalma qeydə alınıb.

Şimali Amerikada isə artım zəifləyib — ABŞ, Meksika və Kanadada cəmi 900 min avtomobil satılıb. Kanada 23% geriləyib, ABŞ-da isə vergi güzəştlərinin ləğvi satışları çətinləşdirə bilər.

Ekspertlər bildirir ki, gələcəkdə elektrikli avtomobillərə keçid daha da sürətlənəcək. Subsidiyalar və dövlət dəstəyi bu keçiddə həlledici rol oynayır. Benzinlə işləyən avtomobillər isə yavaş-yavaş tarixə çevrilir.

 Xeyrənsə Piriyeva

Seçilən
35
news24.az

1Mənbələr