AZ

Magistralın bu hissəsi niyə “ölüm yolu” adlandırılır?VİDEO

Sakinlər bu ərazini “ölüm yolu” adlandırırlar.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyindən gedir.

Xırdalan şəhəri, Əlif Hacıyev küçəsində yaşayan sakinlər bildirir ki, yolu keçmək onlar üçün hər an ölüm deməkdir. Buna səbəb isə, ərazidə piyada keçidinin olmamasıdır. Dediklərinə görə, həmin ərazidə yol-nəqliyyat hadisəsi tez-tez baş verir.

Sakinlər yolda piyada keçidinin inşa edilməsi ilə bağlı əlaqədar qurumlara da müraciət ünvanlayıblar. Lakin aldıqları cavab onları qane etməyib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sakinlərin müraciəti qeydə alınıb. 

Lakin ərazidə piyada keçidinin hansı tarixdə inşa ediləcəyi ilə bağlı dəqiq məlumat yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
32
1
xezerxeber.az

3Mənbələr