AZ

Manolo Qonsales daha 2 il “Espanyol”da

“Espanyol” rəhbərliyi “tutuquşular”ın baş məşqçisi, ispan mütəxəssis Manolo Qonsales ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Manolo Qonsales “Espanyol”un sükanı arxasına 2024-cü ilin mart ayında keçib.

Çalışdırdığı müddətdə 46 yaşlı mütəxəssis “tutuquşular”ı 56 oyuna çıxarıb, 18 qələbə, 18 heç-heçə, 20 məğlubiyyət yaşayıb, top fərqi isə 59:60 nisbətindədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Manolo Qonsalesin “Espanyol”u İspaniya La Liqasını 42 xalla yarış cədvəlinin 14-cü pilləsində başa vurub.

Seçilən
18
arena.az

1Mənbələr