AZ

Dünyanın ən dəqiq atom saatını yaratdılar


ABŞ Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) alimləri dünyanın ən dəqiq atom saatını hazırlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Physical Review Letters” (PRL) jurnalı məlumat yayıb.
Məlumata görə, alüminium ionu ilə işləyən cihaz vaxtı 19 onluq dəqiqliklə ölçə bilir.
Müasir optik saatlar iki əsas göstərici ilə qiymətləndirilir: dəqiqlik və sabitlik. Yeni cihazın əvvəlki ion saatlarından nəinki 41% daha dəqiq, həm də 2,6 dəfə daha sabit olduğu ortaya çıxıb.
Bu nəticələr lazerlərdən tutmuş vakuum kameralarına qədər bütün komponentlərin 20 illik təkmilləşdirilməsi nəticəsində əldə edilib.
Yeni saatın əsas elementi alüminium ionudur ki, bu da son dərəcə sabit tezliyi ilə fərqlənir. Layihənin rəhbərlərindən biri, fizik Devid Hyumun sözlərinə görə, alüminium temperatur və maqnit sahələri kimi xarici amillərə daha az reaksiya verir.
Alüminiumdan ayrılıqda istifadə səmərəli olmadığı üçün tədqiqatçılar ona ikinci bir ion - maqnezium əlavə ediblər.
“Maqnezium və alüminium birlikdə hərəkət edir və maqneziumla biz alüminiumun davranışını “oxuya bilirik” - deyə layihənin müəlliflərindən Uilla Artur Dvorşak bildirib.
Belə dəqiqliyə nail olmaq üçün alimlər bir sıra fiziki maneələri aradan qaldırmalı olublar. Məsələn belə maneələrdən biri mikroskopik elektrik balanssızlığıdır. Problem elektrod örtüyünün yenidən dizaynı və strukturun əsasının almaz plitə ilə gücləndirilməsi ilə həll edilib.
 Digər gözlənilməz maneə vakuum kamerasının polad divarlarından ayrılan hidrogen olub. O, ionlarla toqquşub və saatın sabit işləməsinə mane olub. Alimlər poladı titanla əvəz ediblər ki, bu da hidrogen səviyyəsini 150 dəfə azaldıb.
Seçilən
27
yeniavaz.com

1Mənbələr