Ukraynanın Baş naziri Denis Şmıxal istefa ərizəsi verib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bundan əvvəl Volodimir Zelenski iqtisadiyyat naziri Yuliya Sviredenkonun hökumət başçısı vəzifəsinə təyin edilməsini təklif edib.
Şmıxalın ABŞ-a səfir kimi gedəcək Rustem Umerovun yerinə müdafiə naziri postuna keçəcəyi gözlənilir.