AZ

"Beşiktaş" rədd cavab verən hücumçu "Milan"ın hədəfində

İsveçrə yığmasının hücumçusu Bril Embolo "Milan"ın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, 28 yaşlı futbolçu "Beşiktaş"ın təklifini rədd edib.

Embolunun çıxış etdiyi "Monako" 15 milyon avro transfer məbləği tələb edir. Brilin komanda ilə bir mövsülük müqaviləsi var və monakolular onun satışından gəlir əldə etmək niyyətindədirlər.

Qeyd edək ki, təcrübəli forvard 2022-ci ilin yayından knyazlıq klubunda çıxış edir. O, 3 mövsüm ərzində meydana çıxdığı 89 matçda 22 qol və 17 ötürmə ilə yadda qalıb.

İdman.biz

Seçilən
12
idman.biz

1Mənbələr