AZ

Qvardiolanın komandasına yeni məşqçi qoşuldu

Fil Dişi millisinin sabiq futbolçusu Kolo Ture “Mançester Siti”də Xosep Qvardiolanın məşqçilər heyətinə qoşulub.

Publika.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

44 yaşlı Ture bu yay ABŞ-da keçirilən Klublararası Dünya Çempionatı zamanı Qvardiolanın köməkçisi kimi fəaliyyət göstərib və “Mançester Siti” onun bu rolda daimi olaraq qalacağını təsdiqləyib.

Ötən mövsüm Ture “Mançester Siti”nin 18 yaşadək futbolçulardan ibarət komandasında köməkçi məşqçi vəzifəsində çalışıb.

“Biz Kolonu daimi olaraq əsas komandanın məşqçilər heyətinə əlavə etməkdən məmnunuq. O, təkcə futbolun elit səviyyəsində işləmək üçün əvəzolunmaz təcrübə gətirməyəcək, həm də onun “Mançester Siti” ilə möhkəm əlaqələri və klub haqqında yaxından məlumatı var.

Seçilən
13
publika.az

1Mənbələr