"Fənərbağça"nın sabiq vitse-prezidenti Acun Ilıcalı "sarı-lacivərtlər" barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, funksioner bu sözləri deyib:

"Fənərbağça"da iş gördüyüm üçün qürurluyam. Keçmiş barədə danışmaq istəmirəm. Gələn mövsüm üçün yaxşı bir heyət qurulur. Prezidentimiz Ali Koç da çox çalışır. Gözəl transferlər edilir. "Fənərbağça" azarkeşi kimi həmişə komandamızı dəstəkləyəcəm".

Qeyd edək ki, 2022-ci ildən bəri "Hall Siti" klubunun prezidenti olan A.Ilıcalı 2024-cü ilin iyun ayından 2025-ci ilin iyununa qədər "Fənərbağça"nın vitse-prezidenti vəzifəsini icra edirdi.