“Liverpul” 45 yaşlı şotland mütəxəssis Kolin Stüartı “qırmızlar”ın qapıçılar üzrə məşqçisi vəzifəsinə təyin edib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Daha əvvəl Stüart Şotlandiya nəhəngi “Reyncers”in qapıçılar üzrə məşqçisi olub.
Keçmiş qapıçı Kolin Stüart daha əvvəl “Liverpul”un birinci komandasının qapıçılar üzrə baş məşqçisi təyin edilmiş 52 yaşlı ispan mütəxəssis Xavi Valero ilə birlikdə çalışacaq.
Xatırladaq ki, Valero daha əvvəl 2007-2010-cu illərdə “qırmızılar”ın düşərgəsində həmin vəzifədə çalışıb.
Stüart isə həmçinin klubun gənclərdən ibarət komandalarının qapıçılarının icarəsi ilə bağlı məsələlər üzrə işləri aparacaq.