AZ

Xalq artistindən Xankəndi ilə bağlı maraqlı təklif

“Xankəndidə Azərbaycan-Türkiyə dostluğunu, eləcə də bütün türk xalqlarının birliyini əks etdirən abidənin qoyulması arzuedilən olardı”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti həmçinin qalib Azəırbaycan əsgərinin şərəfinə abidənin inşasına da ehtiyac olduğunu bildirib:

“Çox istərdim ki, Xankəndidə həm də qalib Azərbaycan Ordusunu, Azərbaycan əsgərini simvolizə edən bir abidə ucaldılsın. Belə bir abidənin inşası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müahribəsi və lokal anti-terror əməliyyatında tarixi zəfərə imza atan Azərbaycan Silahlı Qüvvələrinin böyük qələbəsinin doğma Xankəndidə əbədiləşdirilməsi baxımından da təqdirəlayiq olardı”.

Seymur ƏLİYEV

 

Seçilən
64
moderator.az

1Mənbələr