
Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ-nin sabah növbəti, 18-ci anti-Rusiya sanksiyalar paketini qəbul edəcəyini istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra bildirib.
“Ümid edirəm ki, bu paket günlər deyil, saatlar ərzində - yəni bəlkə sabah qəbul olunacaq”, - Sikorski məsələ ilə bağlı jurnalistin sualını cavabında qeyd edib.