Türkiyəli futbolçu Kenan Yıldız karyerasına İtaliyada davam edəcək.
Fanat.Az xəbər verir ki, ulduz hücumçu "Yuventus"la yeni müqavilə imzalayacaq.
Bu barədə məlumatı "Tuttosport" yayıb.
Xəbərdə bildirilir ki, müqavilənin müddəti 2030-cu ilə qədər uzadılacaq.Kenan burada ilinə 4 milyon avro qazanacaq.
Qeyd edək ki, klub tərəfindən rəsmi açıqlama yaxın günlərdə veriləcək.
Kamil Xudiyev