AZ

“Sabah”ı 13 min çılğın azarkeş gözləyir

Ölkəmizin Avropa Liqasındakı təmsilçisi “Sabah” iyulun 17-də “Selye” ilə cavab oyununa çıxacaq.

Ötən mövsüm avrokuboklarda uğurlu nəticə ilə yadda qalan sloveniyalılar azarkeş baxımdan problem yaşamırlar.

Çempionat oyunlarında təxminən 1500-2000 azarkeşi olan “Selye” avrokubok oyunlarında stadionu tam doldurur. 13 min yerlik “Zdejele” stadionu sonuncu avrokubok oyununda -Konfrans Liqasının 1/4 finalında “Fiorentina”nı qəbul edib. Demək olar ki, boş yer olmayıb. Bu da o deməkdi ki, oyuna minimal hesabla geridə başlayacaq “bayquşlar”ı ağır atmosfer gözləyir. Çılğın sloveniyalı azarkeşlərinin “Sabah”la oyunda da olacağına heç bir şübhə yoxdu.

Xatırladaq ki, cavab görüşü Bakı vaxtı ilə 22.00-da başlayacaq.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
4
football-plus.az

1Mənbələr