AZ

“Zirə”nin Sumasız iştirak ərizəsindən nə xəbər?

Məlum olduğu kimi, “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Hayduk”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də saat 19.30-da “Neftçi Arena”da baş tutacaq.

Bu gün təqvimin iyulun 15-ni göstərdiyini nəzərə alsaq, “qartallar” sabah gecə saat 00.00-adək iştirak ərizəsini UEFA-ya təqdim etməlidi.

Bəs ərizə hazırdımı?

Bu sualla klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında ərizənin hələ ali futbol qurumuna göndərilmədiyini bildirdi.

Xatırladaq ki, futbolçuların siyahısı dəqiqləşməsə də, Salifu Sumanın komandadan ayrıldığı bəlli olub. O, böyük ehtimalla, karyerasını Sloveniya “Maribor”unda davam etdirəcək.

KƏNAN BAHADIR

Seçilən
16
football-plus.az

1Mənbələr