AZ

“Atletiko” dünya çempionu ilə maraqlanır

“Botafoqo” klubunun futbolçusu Tyaqo Almada karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atletiko” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Madrid klubu oyunçu üçün artıq hərəkətə keçib.

Almada ötən mövsüm icarə əsasında “Lion”da çıxış edib. O, 20 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Almada 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olub.

Seçilən
8
futbolpress.az

1Mənbələr