AZ

"QHT.az saytının uğurunun sirri peşəkarlıq və operativlikdir" – Nadimə Rəhimli

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli saytın cəmiyyətə və QHT sektoruna verdiyi töhfələrə yüksək qiymət verərək, yubiley münasibətilə saytın baş redaktoru Cəsarət Hüseynzadəni təbrik edib:

"Bir neçə gündür QHT.az saytının yubiley təbriklərini müşahidə edirik. Bir QHT-nin ərsəyə gətirdiyi saytın 10 il ərzində aktiv şəkildə fəaliyyət göstərməsi, saytın kifayət qədər oxunaqlı olması və rəğbət qazanması çox sevindirici haldır. Xüsusən də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin mediada işıqlandırılmasının çox zəif olduğu bir dövrdə - 10 il qabaq bu saytın yaradılması tam zamanına düşmüşdür. Saytın bu günə qədər uğurlu olmasının əsas səbəbini isə saytın qurucusu və baş redaktorunun xüsusi peşəkarlığı, operativliyi ilə əlaqələndirmək olar.

Hörmətli Cəsarət müəllim 10 illik yubiley münasibətilə sizi təbrik edir, saytın növbəti illərdəki faəliyyəti, həmçinin təşkilatınızın fəaliyyətində uğurlar arzu edirik!"

phrase_var_article.chosen
90
qht.az

1phrase_var_article.sources