
Ukrayna Prezidenti Volodimir Zelenski piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasını dayandıran qanunu imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Telegram” kanalında bildirib.
Ali Rada piyada əleyhinə minalar haqqında konvensiyanın Ukrayna üçün dayandırılması haqqında qanun layihəsini iyulun 15-də təsdiqləyib. Sənədi Ukrayna hökuməti Zelenskinin sərəncamına uyğun olaraq iyulun 11-də parlamentə təqdim edib.
Qeyd edək ki, Bundan əvvəl Latviya, Litva, Polşa, Finlandiya və Estoniya Ottava Konvensiyasından çıxdıqlarını bəyan ediblər.