BAKI, 15 iyul. TELEQRAF
"Rusiya bazarını Çin avtomobillərinin hökmranlığından qorumaq üçün ilk növbədə daxili iqtisadiyyatı yaxşılaşdırmaq lazımdır".
Teleqraf xəbəbr verir ki, bu fikirləri Dövlət Dumasının Rəqabətin Müdafiəsi Komitəsinin sədri Valeri Qartunq rus mətbuatına açıqlamasında deyib .
Rüsumların tətbiqinə gəlincə, Qartunq qeyd edib ki, bu, qlobal təcrübədir.
"ABŞ və Avropa özlərini Çin avtomobillərindən belə qoruyur. İndiki kimi siz də rüsum və ya təkrar emal haqqı tətbiq edə bilərsiniz", - deputat bildirib.